пятница, 7 июня 2013 г.

Kitab seçimi

Məncə, kitabın uğurlu satışını təmin edən amillərdən biri də kitaba yaxşı adın seçilməsidir. Əlbəttə, əgər yazıcı artıq popyular və özünü sözün yaxşı mənada göstərmiş şair və ya yazıcısıdırsa, kitabın üz qabığının və ya adının əhəmiyyəti o qədər də böyük olmur. Lakin, müəllif o qədər də tanınmış deyilsə, o zaman kitabın satışını qaldıracaq səbəblər önə çıxır. İlk növbədə kitab mağazasına daxil olarkən bizim gözümüz kitabın üz qabığına sataşır, kitabın qabaritləri, onun ölçüləri belə xoş gəlib-gəlməyə bilər. Çünki kitabda vərəqlərin sayı hətta oxuyucunu məhz o kitabı almaq həvəsindən salır. Sonra üz qabığının rəngi və üzərində ki çəkil çəkici ola bilər. Uyğunlaşdırılmış rəng ahəngi, şəkil kitabı özünə cəlb edən şərtlərdən biridir. Və əlbəttə ki kitabın adı. Ən nifrət etdiyim şey kitabın adının içindəki ilə uyğun gəlməməsidir. Üz qabığının, ölçülərinin xoşuma gəlməyə bilər, lakin ad  yaxşı deyilsə, bax bu əsl problem olur. Əlbəttə kitabı oxumamış adının uyğun gəlib-gəlməməsini hardan bilmək olar ki amma, adın cazibəli və gözəl səslənməsi kitabı almağa sövq edir. Birdə dost-tanışın və ya tamamiylə yad insanın kitabı məsləhət görməsi də prioritet məsələlərdəndi. Ancaq, şəxsən mən məsləhətə görə oxumadığımdan bunu mənə aid etmək olmaz. Bu qədər.

Комментариев нет:

Отправить комментарий